ilkinalibayli.com
1 / 41
Açılış slaydı — tərəfdaş elanı. Qısa: "Başlamazdan əvvəl — Product Nexus iştirakçıları üçün ink academy 15% endirim verir, detallar ekranda." 20-30 saniyə, sonra növbəti slayda keç.
Product Nexus · Bakı · 9 avqust 2026

Texniki Sahədə İdarəçilik

Komanda, insanlar, proseslər və qərarlar

Bu axşam masanın o biri tərəfini göstərəcəyəm — menecer necə düşünür və qərar verir.

İlkin Əlibəyli· Head of Engineering & AI· Berlin 🇩🇪
Salamlaşma. Berlindən gəlmişəm, 10 ildir xaricdə işləyirəm. Bu gün prezentasiya yox, söhbət olacaq — sualları saxlamayın, ortada kəsin.
Mən kiməm

10 il xaricdə — koddan direktorluğa

Vurğu: bu gün danışacaqlarım kitabdan yox — həm uğurlu qərarlardan, həm bahalı səhvlərdən gəlir.
Yolum

Bakıdan Berlinə

Bakı

Proqramçı

13 yaşından kompüter həvəsi

2017 · Azerconnect

Senior Dev

Bakı

Travellizy · Odessa

Team Lead

İlk xarici təcrübə 🇺🇦

Kyto · Almaniya

Middle Dev

İki pillə GERİ — ölkə üçün 🇩🇪

About You GmbH

Team Lead

Yenidən yuxarı

Entain

Eng. Manager

Menecmentə keçid

Monks · bu gün

Head of Eng. & AI

Texniki departamentin direktoru · Berlin

Bu yolda məni yuxarı qaldıran üsullar hər pillədə fərqli idi.

Vurğula: Almaniyaya keçid = Team Lead-dən Middle-a QAYIDIŞ, iki pillə geri. Sonra 3 şirkətdə yenidən qalxdım. "Karyera düz xətt deyil" mesajı.
Bu gün

6 sual — 6 cavab

Hər sualda menecer bu qərarı necə verir → və bu, sizə nə verir

Sonda: müzakirə — sizin situasiyalarınız.

Bu, dəvətnamədəki 6 sualdır — adamlar məhz bunlara görə gəliblər. Sıranı dəyişmişəm: ölçmə → məqsəd → motivasiya → hiring → review → ayrılma. Məntiq: əvvəl nəyi ölçürük, sonra hara yönəldirik, sonra insanlar.
Korporativ səviyyələr

Hər pillədə oyun dəyişir

IC

Mühəndis

  • Dəyər = öz işin
  • Kod, keyfiyyət, sürət
TL

Team Lead

  • Dəyər = komandanın işi
  • Ən çətin keçid budur
EM

Eng. Manager

  • Dəyər = insanlar + proseslər
  • Hiring, delivery, karyeralar
Head

Departament

  • Dəyər = sistemlər
  • Liderlər yetişdirmək
Dir+

Direktor / VP

  • Dəyər = strategiya
  • Şirkəti irəli aparmaq

Hər pillədə əvvəlki pillənin vərdişləri səni geri çəkir. Kod yazan direktor = darboğaz.

Zala sual: kim düşünür ki, ən yaxşı mühəndis avtomatik ən yaxşı menecer olur? Əl qaldırın. — Sonra: hard skills səni otağa salır, soft skills otaqda saxlayır. Bu slayd bütün çıxışın xəritəsidir — sonrakı 6 sualın hamısı EM/Head səviyyəsinin gündəlik işidir.
Şəxsi hekayə

"Ən yaxşı mühəndis" tələsi

İlk dəfə komanda rəhbəri olanda ən böyük səhvim: hər şeyi özüm etməyə davam etdim.

[DOLDUR: real hekayə detalları — hansı komanda, nə baş verdi, dönüş nöqtəsi nə oldu]. Bu slayd özünütənqid — etibar yaradır. Keçid: "bəs onda uğuru necə ölçürük?" → Sual 1.
Çərçivə

Menecerin ağlında nə dəyişir

Mühəndis kimiMenecer kimi
Əsas sual"Bu necə işləyir?""Bu nəyə dəyər?"
UğurMənim işim hazırdırKomandanın nəticəsi çıxdı
QərarDoğru texniki həllVaxt, pul və insan arasında güzəşt
MəlumatKod danışır — dəqiqİnsanlar danışır — natamam, subyektiv
Geri dönüşDərhal — test yaşıldırAylar sonra
Niyə bu sizə lazımdır Menecerin necə düşündüyünü biləndə iki şey qazanırsınız: qərarları qabaqcadan oxumaq və menecer kimi davranmağa titula qədər başlamaq.
Bu, bütün axşamın çərçivəsidir. Zalın böyük hissəsi hələ menecer deyil — məqsəd onları menecer etmək yox, masanın o biri tərəfini göstərməkdir. Vurğu: heç bir sətir bu cədvəldə "daha ağıllı" deyil — sadəcə fərqli işdir.
Dönüş nöqtəsi · 2022

Bu düşüncəni satın aldım

Masanın o biri tərəfini mənə bir adam göstərdi — və bu, pulsuz olmadı.

Nə dəyişdi "İşimi yaxşı görüm"dən → "hansı nəticəyə cavabdehəm"ə keçdim. Düzgün adamla bir neçə saat, illərlə öz-özünə öyrənməni qısalda bilir.
[DOLDUR: hər konsultasiyanın müddətini dəqiqləşdir — 4 × 40 dəq? Səhnədə dəqiq de]. Bu slayd həm şəxsi hekayə, həm də sonrakı mentorluq təklifinin təbii körpüsüdür — amma BURADA satma, sadəcə danış. Ən güclü detal: pul yox, "o mənə inandı" hissəsi. Zala: kim indiyə qədər öz inkişafına pul ödəyib?
8 dərs

Ondan nə öyrəndim

Bu 8 bənd bütün axşamın xülasəsidir — sonrakı hər bölmə bunlardan birinin praktikasıdır. 7-ci bəndi vurğula: menecerin bir dəfə itirdiyi soyuqqanlılıq aylarla qazanılmış etibarı silir. 3-cü bənd bizim mədəniyyətdə ən çətinidir — rəhbər "zəiflik göstərməməlidir" stereotipi. 8-ci bənd 8-ci slaydakı "hər şeyi özüm etdim" səhvimin düzgün cavabıdır — rels metaforasını səhnədə aç.
Sual 1

Rəhbərin uğurunu necə ölçmək olar?

Əvvəlcə — necə ölçməmək lazımdır.

Qayda: nəyi ölçürsənsə, davranışı da onu formalaşdırır.

Goodhart qanunu — sadə dillə: "metrika hədəfə çevriləndə, yaxşı metrika olmaqdan çıxır". Zaldan soruş: sizi hansı rəqəmlə ölçürlər? Adətən cavab: heç nə ilə, ya da saatlarla.
Sual 1

Üç qat — üçü birlikdə

1

Nəticə

  • Şirkət məqsədinə təsir
  • Gəlir, xərc, müştəri
  • "Nə dəyişdi?"
2

Axın

  • İdeyadan istifadəçiyə vaxt
  • Nə qədər tez-tez çıxarırıq
  • Vəd edilənin nə qədəri çatdı
3

Komanda sağlamlığı

  • Könüllü işdən çıxma
  • On-call və gecə yükü
  • 1:1-lərdəki siqnallar

Yalnız birini ölçsən — sistem əyilir: tək nəticə = tükənmiş komanda, tək sağlamlıq = nəticəsiz rahatlıq.

Praktik izah: axın metrikaları komandanı yox, PROSESİ ölçür — ona görə təhlükəsizdir. Sağlamlıq metrikası ən çox unudulan, amma ən erkən xəbərdarlıq verəndir.
Sual 1 · praktika

Mən nəyə baxıram

Nə vaxtNəyə baxıramHansı sual
HəftəlikBloklar, risklər, insidentlərKim ilişib? Nə partlaya bilər?
AylıqPlan ↔ fakt, hiring vəziyyətiVədimizi tuturuqmu?
RüblükMəqsədlər, büdcə, karyera planlarıDoğru istiqamətdəyikmi?
Daimi1:1-lərdəki ton və enerjiKimlər burnout-a yaxındır?

Rəqəm problemi göstərmir — rəqəm hara baxacağını göstərir. Cavab həmişə söhbətdədir.

Sizin üçün Rəhbəriniz sizi məhz bu üç qatda görür. Öz işinizi nəticə dilində danışın — task dilində yox: "3 task bitirdim" yox, "relizi 2 gün tezləşdirdik".
Vacib fikir: dashboard menecerin işini əvəz etmir. Rəqəm "sual ver" siqnalıdır. Zala: kim həftəlik nəyəsə sistemli baxır?
Sual 2

Şirkətin məqsədi → komandanın işi

Şirkət

Gəlir, bazar, müştəri məqsədi

Departament

Bu məqsədin texniki tərcüməsi

Komanda

Rübün 2-3 konkret nəticəsi

Fərdi

Mənim işim buna necə xidmət edir

Menecerin işi — bütün pillələrdə məqsədləri birləşdirməkdir.

Kaskad tapşırıq axını deyil — hər səviyyə "nəyi" alır, "necə"ni özü seçir.

Ən çox rast gəldiyim səhv: yuxarıdan aşağı tapşırıq siyahısı göndərmək. Onda komanda icraçıya çevrilir, sahibliyi itirir. OKR sözünü işlət, amma metodologiyaya girmə — 30 saniyə.
Sual 2 · alət

OKR nədir — sadə dillə

O — Objective (Məqsəd)

  • Hara getmək istəyirik?
  • Bir cümlə, ilhamverici, rəqəmsiz
  • "Müştəri bizim məhsulu tez və problemsiz işə salsın"

KR — Key Results (Nəticələr)

  • Ora çatdığımızı haradan biləcəyik?
  • 2-4 ədəd, mütləq rəqəmlə
  • "Qurulma vaxtı 3 gündən 4 saata düşsün"
  • "Dəstəyə gələn quraşdırma sualları 40% azalsın"

Qaydalar

  • KR = nəticə, task siyahısı deyil
  • Rüblük qoyulur, həftəlik baxılır
  • Komanda özü təklif edir — yuxarıdan diktə yox
  • Bonusla bağlamayın — yoxsa hamı asan hədəf yazır
Sizin üçün Task ilə nəticə arasındakı fərq budur: "API-ni yazdım" — task. "Qurulma 4 saata düşdü" — nəticə. Menecer ikincisini görür.
2-3 dəqiqə. Qısaca: O = hara, KR = haradan biləcəyik. Ən çox səhv: KR yerinə task siyahısı yazmaq. İkinci səhv: OKR-ı bonusa bağlamaq — onda komanda qəsdən asan hədəf seçir. Bizim şirkətdə rüblük qoyulur, həftəlik 1:1-lərdə baxılır. Zala sual: kimin şirkətində OKR var?
Sual 2 · alət

"Niyə" zənciri

Komandadakı hər kəs bu suala cavab verə bilməlidir: "Bu iş şirkətə nə qazandırır?"

Sizin üçün Bu sualı özünüz verin — menecerinizdən gözləməyin. Middle ilə senior arasındakı ən görünən fərq budur.
Real effekt: kontekst verilən mühəndis "bunu 3 həftəyə mükəmməl edirəm" yerinə "2 günə sadə variant bəs edir" deyə bilir. Bu, birbaşa büdcə qənaətidir.
Sual 3

Motivasiya: maaş motivasiyası 2-3 ay davam edir

Pul nə edir

  • Narazılığı aradan qaldırır
  • Ədalətsizlik hissini bağlayır
  • Təsiri 2-3 ay davam edir

Uzunmüddətli nə saxlayır

  • Muxtariyyət — necə edəcəyini özü seçir
  • Ustalıq — böyüyürəm hissi
  • Məna — işim nəyəsə xidmət edir
  • İrəliləyiş — nəticəni görürəm

Ən çox tükənmə saatlardan yox, mənasızlıqdan gəlir.

Praktik nəticə: maaş bazardan aşağıdırsa, heç bir "mədəniyyət" onu örtmür — əvvəl ədaləti düzəlt. Amma bazar səviyyəsindən sonra pul artıq motivasiya aləti deyil.
Sual 3 · alət №1

1:1 görüşlər — ən güclü alət

Nə DEYİL

  • Status report
  • Task siyahısı
  • "Hər şey qaydasındadır?"

Nədir

  • Onun gündəmi, sənin yox
  • Karyera, maneələr, enerji
  • Problemləri kiçikkən tutmaq

Mənim formatım

  • Lidlərlə: hər həftə · 30 dəq
  • Skip-level: 2 həftədən bir · 20 dəq
  • Qeydlər + follow-up
Skip-level izah et: lidlərin komanda üzvləri ilə birbaşa görüş — lider qatını atlayaraq real vəziyyəti eşitmək. 24 nəfər belə əhatə olunur. [DOLDUR: bir real 1:1 hekayəsi — hansı problemi erkən tutdun]
Sual 3 · alət №2

Feedback: alman məktəbi

Mədəni fərq: bizdə tənqid = şəxsi hücum kimi qəbul olunur. Almaniyada feedback verməmək hörmətsizlikdir — adamın inkişafını əlindən alırsan.

Zala sual: sonuncu dəfə nə vaxt konkret, faktlı feedback almısınız? Adətən zal susur — bu, mesajı özü çatdırır.
Feedback modeli

Radical Candor — 4 növ feedback

Şəxsi qayğı göstər →
Ruinous Empathy

Dağıdıcı empatiya

Qayğı var, həqiqəti demək cəsarəti yox. Ən çox rast gəlinən səhv — və ən "mehriban" görünəni.

"Hər şey yaxşıdır" — halbuki deyil
Radical Candor ✅

Radikal səmimiyyət

Həm qayğı göstərirsən, həm birbaşa deyirsən. İnsana yox — işə. Hədəf: onun böyüməsi.

"Bu relizdə 3 problem yaranıb — gəl səbəbə birlikdə baxaq"
Manipulative Insincerity

Manipulyativ ikiüzlük

Nə qayğı, nə də cəsarət. Üzə tərif, arxadan şikayət. Etibarı ən tez öldürən növ.

Üzə: "əla" · arxada: "işini bacarmır"
Obnoxious Aggression

Kobud aqressiya

Birbaşa, amma qayğısız. Doğru sözü elə deyirsən ki, adam eşitmir — müdafiəyə keçir.

"Bu, sadəcə səhvdir. Necə bilmirsən?"
Birbaşa çağırış et →
Sizin üçün Bizim mədəniyyətdə əksəriyyət qalan üç küncdədir — Radical Candor-dan başqa hər yerdə. Susmaq da, kobudluq da, üzə başqa–arxada başqa danışmaq da feedback deyil.
Model Kim Scott-undur. Səhnədə iki ox ilə izah et: şaquli = insana qayğı, üfüqi = birbaşa demək. Vurğu: kobud aqressiya ilə radikal səmimiyyəti qarışdırmaq ən çox yayılmış səhvdir — "mən sadəcə düzünü deyirəm" bəhanəsi. Fərq: qayğı var, yoxsa yox. Bu slayd sonrakı Feedback (SBI) slaydının çərçivəsidir.
Sual 3 · alət №3

Delegasiya: tapşırıq yox, nəticə ver

Zəif delegasiya

  • "Bu funksiyanı belə yaz"
  • Hər addımı yoxlamaq
  • Səhvə yer yoxdur

Güclü delegasiya

  • "Problem budur, nəticə bu olmalıdır"
  • Yolu özü seçir
  • Səhv = öyrənmə büdcəsi

Qızıl qayda: sənin edəcəyindən 80% yaxşı edilən iş — delegasiya üçün kifayətdir.

Zala sual: kim "özüm etsəm, daha tez olar" deyib gecə 11-də işləyir? Bu, liderlik yox — bahalı mühəndislikdir. Delegasiya = motivasiya aləti, çünki muxtariyyət verir.
Sual 3 · alət №4

Görünürlük: komandan üçün, özün üçün

Komandanı göstər

  • Nəticələri rəqəmlə sənədləşdir
  • Uğuru adla-adla de
  • Demo-lar, cross-team layihələr

Yuxarını idarə et

  • Rəhbərinin problemini həll et
  • Pis xəbəri birinci sən ver — planla
  • Problem + 2 variant + tövsiyə

"Yaxşı iş özü danışar" — mif. Beynəlxalq şirkətdə heç kim sənin işini axtarmır.

Sizin üçün Menecer sizi görmürsə, bu tək onun günahı deyil. Nəticələrinizi yazın — aylıq, rəqəmlə. Review vaxtı bu siyahı sizin ən güclü sənədinizdir.
Bizim mədəniyyətdə özünü göstərmək = "lovğalıq". Avropada bu, peşəkar kommunikasiyadır. Fərq: fakt danışmaq ≠ öyünmək. Menecer üçün bu, komandasını qorumaq alətidir.
Sual 4

Hiring: əvvəl strategiya, sonra elan

Real hesab: səhv hire-ın qiyməti təxminən illik maaşın 1.5-2 misli — işə salma, öyrətmə, itirilmiş vaxt, sonra yenidən axtarış. Bunu CFO dili ilə demək lazımdır.
Sual 4 · proses

Ədalətli və sürətli proses

1

Scorecard

Görüşdən ƏVVƏL: hansı 4-5 keyfiyyəti ölçürük

2

Strukturlu suallar

Hamıya eyni suallar — müqayisə mümkün olsun

3

Real task

İşə bənzər, 2 saatdan çox yox, ödənişli də ola bilər

4

Komanda iştirakı

Gələcək həmkarları da danışsın

5

48 saatda qərar

Yaxşı namizəd gözləmir

Hər namizədə cavab yaz — rədd edilənlərə də. Bu, şirkətin reputasiyasıdır, xüsusən Bakı kimi kiçik bazarda.

Strukturlu müsahibənin əsas faydası: "xoşuma gəldi" hissini faktla əvəz edir — bias azalır. Scorecard-ı görüşdən əvvəl yazmaq vacibdir, sonra yazsan onu nəticəyə uyğunlaşdırırsan.
Sual 4 · siqnallar

Nə axtarıram — nədən qaçıram

Yaxşı siqnal

  • Öyrənmə sürəti
  • "Bilmirəm" deyə bilmək
  • "Biz" yox, "mən etdim" — konkret
  • Sual verir, maraqlanır
  • Səhvindən nə öyrəndiyini deyir

Red Flag

  • Hər səhvdə başqası günahkar
  • Konkret nümunə yoxdur
  • Yalnız texnologiyadan danışır
  • Əvvəlki komandanı pisləyir
  • Suala cavab yox, nitq verir
Sizin üçün Bu siyahı — növbəti müsahibənizin qiymət cədvəlidir. Sol tərəfi məşq edin, sağ tərəfdən qaçın.
Ən güclü sual: "Son 1 ildə fikrinizi dəyişdiyiniz texniki qərar hansıdır?" — öyrənmə qabiliyyətini və eqonu eyni anda göstərir. Zala de: bu sualı özünüzə indi verin.
Sual 5

Performance Review: sürprizsiz sistem

Ən çox yayılan səhv — "recency bias": son 2 ayı xatırlayıb bütün ili ona görə qiymətləndirmək. Buna qarşı yeganə dərman: il boyu yazılı qeydlər.
Sual 5 · ədalət

Kalibrasiya — "sərt menecer" problemi

Eyni işçi sərt menecerdə "orta", yumşaq menecerdə "əla" ola bilər. Bu, işçinin problemi deyil — sistemin.

1

İlkin qiymət

Hər menecer öz komandası üçün qiymət təklif edir

2

Ortaq görüş

Bütün menecerlər bir yerə yığışır — HR və rəhbərlə

3

Əsaslandırma

Hər qiymət konkret nümunə ilə izah olunur, digərləri sual verir

4

Uyğunlaşdırma

Qiymətlər bir-birinə uyğunlaşdırılır — sonra maaş qərarı

TEMP: 2-3 dəqiqə. Sadə tərif: kalibrasiya = menecerlərin qiymətləri bir-birinə uyğunlaşdırdığı görüş. Səhnədə canlı misal ver: "Mənim komandamda Elvin 'əla' aldı. Qonşu komandada eyni işi görən Aysel 'yaxşı' aldı. Ortaq görüşdə hər ikimiz nümunə göstəririk və birlikdə qərar veririk ki, hansı qiymət doğrudur." Vurğu: bu, işçini müdafiə edən mexanizmdir — sərt və ya yumşaq menecerə düşmək bəxt məsələsi olmamalıdır.
Sual 5 · maaş

Maaş artımı: necə qərar verilir

Artım səbəbləri

  • Səviyyə dəyişdi — daha böyük məsuliyyət
  • Bazar dəyişdi — band yeniləndi
  • Ədalətsizlik düzəlir — eyni iş, fərqli pul

Zəif işləyən yol

  • "Başqa təklif gətirdim" oyunu
  • Yalnız stajın uzunluğu
  • Səs-küy və təzyiq
Sizin üçün Maaş söhbətini büdcə bölünməmişdən əvvəl başladın — rüb sonunda menecerin əlində artıq pul yoxdur. Və söhbətə rəqəmlə gəlin, hisslə yox.
İşçi tərəfə məsləhət: "təklif gətirmək" qısamüddətli qazanc verir, uzunmüddətli etibarı azaldır. Daha güclü yol — nəticələri sənədləşdirmək və səviyyə söhbətini əvvəlcədən başlatmaq. Bu, zaldakı hər iki tərəfə faydalıdır.
Sual 5 · büdcə

Büdcə idarəçiliyi — üç qab

1

İnsanlar

  • Headcount, ən böyük xərc
  • Ən çətin geri qaytarılan qərar
2

Alətlər

  • Cloud, lisenziyalar, AI
  • Ən sürətli qənaət mənbəyi
3

Kənar resurs

  • Autsors, agentliklər
  • Çevik, amma bahalı

Hər xərc üçün bir sual: bu, hansı nəticəni gətirir?

TEMP: 2 dəqiqə. İlk dəfə büdcə görəndə şok: rəqəmlər böyük, sərbəstlik az. Praktik nümunə: cloud xərcini 20% azaltmaq birbaşa mənfəətə yazılır — bu, texniki komandanın ən tez görünən biznes töhfəsidir. [DOLDUR: öz real qənaət nümunən varsa, rəqəmlə de]
Sual 6

Çətin qərar: əvvəl özünə sual ver

İşdən çıxarmadan əvvəl mənim 4 sualım:

Dördünə də "hə" deyə bilmirəmsə — problem əvvəlcə məndədir.

Sizin üçün Bu 4 sual sizin üçün erkən xəbərdarlıq siyahısıdır. Menecer bunları etmirsə — siz özünüz soruşun: "Məndən konkret nə gözlənilir?"
PIP (performans planı) haqqında de: bu, cəza sənədi yox, son real şans olmalıdır — konkret hədəf, konkret müddət, konkret dəstək. Əgər PIP sadəcə çıxarmaq üçün formal addımdırsa, komanda bunu görür və etibar itir.
Sual 6 · etika

Necə ayrılırsan — belə də xatırlanırsan

[DOLDUR: real hekayə — ən çətin ayrılma və ondan nə öyrəndin. Anonim danış]. Güclü bağlanış cümləsi: "Komandan sənin ən pis günündə necə davrandığını xatırlayır, ən yaxşı günündə yox."
Xaricdə

Niyə az azərbaycanlı menecer var?

Biz xaricə gedəndə adətən IC oluruq — ancaq kod yazıb texniki problem həll edirik.

Ton: bu tənqid yox, diaqnozdur — hamısı düzələ biləndir. Alman dilini sistemlə öyrəndim, motivasiya ilə yox: gündəlik kiçik blok, ölçülə bilən irəliləyiş. [DOLDUR: alman dili sisteminin detalları]
2026 reallığı

AI dövründə menecer

Körpü: 29 iyul çıxışımda bunu ətraflı danışmışam, materiallar var — form QR ilə paylaşıram. Burada dərinə getmirik.
Miqyas

Əsl iş: liderlər yetişdirmək

Mənim əsas metrikam: komandamda neçə lider yetişdi.

[DOLDUR: Technical Artist Lead yetişdirmə hekayəsi — necə seçdin, necə böyütdün].
Praktik yol

Titula qədər menecer kimi davran

Əsas fikir Menecer vakansiyası açılanda seçim artıq davranışa görə edilib — müsahibəyə görə yox.
Bu slayd zalın böyük hissəsi üçün axşamın ən dəyərli slaydıdır. Sonuncu bəndi vurğula: menecer kimi bilirəm — niyyətini deyən adamı yadda saxlayıram, çünki komanda planı qurarkən onu nəzərə alıram.
Dürüst söhbət

Heç kim demir: nə itirirsən

İtirirsən

  • Kod və axın hissi
  • Gündəlik "bitdi" dopamini
  • Texniki dərinlik yavaş azalır
  • Problemlərin çoxu artıq insan problemidir

Qazanırsan

  • Miqyas — 1 nəfər yox, 3-7 nəfərlik təsir
  • Sistem qurmaq imkanı
  • Biznes dili və qərar masası
  • Başqalarının böyüməsini görmək

Və geri yol var — mən özüm bir dəfə pillə geri qayıtdım. Bu, uğursuzluq deyil.

Kyto hekayəsinə qayıt: Team Lead-dən Middle-a. Dürüstlük burada satışdan güclüdür — menecerlik hamı üçün deyil, bunu səhnədən demək etibar qazandırır. Bəziləri üçün doğru cavab: güclü senior/staff qalmaq.
Praktika

Bu həftə başlaya bilərsən

1

"Niyə"ni soruş

Cari taskın biznes məqsədi nədir?

2

Nəticələrini yaz

Aylıq siyahı — rəqəmlə, nəticə dilində

3

Hiring panelinə könüllü ol

Qərarı içəridən gör

4

Bir konkret feedback ver

SBI: situasiya-davranış-təsir

5

Niyyətini menecerinə de

"Bu yolu istəyirəm" — bu həftə

Beşi də bu həftə mümkündür və heç biri titul tələb etmir.

Bağlayıcı fikir: "İdarəçilik vəzifə deyil, davranışdır — vəzifədən əvvəl başlayır."
Hədiyyə

Jess — mənim AI köməkçim

Nədir?

  • Kompüterinizdə işləyən şəxsi AI köməkçi
  • Sizin fayllarınızı, planlarınızı, kontekstinizi tanıyır
  • Açıq mənbə şablon — pulsuz, mənim hədiyyəm

Nə edir?

  • Tapşırıqlar, təqvim, hesabatlar
  • Gecə işləyir — səhər hazır plan
  • Qərarları sizdən soruşur, özbaşına etmir

Kimə lazımdır?

  • Gündəlik işini sistemləşdirmək istəyənlərə
  • Bir neçə layihəni paralel aparanlara
  • AI-ı oyuncaq kimi yox, alət kimi işlətmək istəyənlərə
Necə almaq olar Növbəti slaydda bir QR var — hər iki paket (Jess + remote-ready) quraşdırma təlimatı ilə e-poçtunuza gəlir.
Jess-i qısa danış: 3-4 dəqiqə, demo yox. Vurğu: pulsuz və açıq mənbə. QR növbəti slaydda — burada sadəcə danış, skan etməyə növbəti slaydda vaxt ver.
Hədiyyə · 2

remote-ready — karyera köməkçisi

Nədir?

  • Remote və relocate iş axtarışı üçün AI karyera koçu
  • Jess ilə eyni məntiq — kompüterinizdə, sizin məlumatınızla
  • Açıq mənbə, pulsuz

Nə edir?

  • CV-nizi oxuyur, boşluqları göstərir
  • OKR planı qurur — nə öyrənmək lazımdır
  • Sizə uyğun vakansiyaları tapır, CV-ni uyğunlaşdırır

Eyni QR, eyni form

Form QR

Bir e-poçtda hər ikisi — Jess və remote-ready, quraşdırma təlimatı ilə birlikdə

Sizin üçün Menecer olmaq istəyirsinizsə — birincisi gündəlik işinizi sistemləşdirir, ikincisi növbəti rolu tapmağa kömək edir. İkisi də pulsuzdur.
Qısa saxla — 2 dəqiqə. Vurğu: eyni formu doldurursunuz, e-poçta hər iki paket gəlir. Zalı burada bir daha saxla ki, skan etməyənlər skan etsin. Resurslar səhifəsi: ilkinalibayli.com/jobsearch
Müzakirə

İndi — sizin növbəniz

Konkret situasiyanızı danışın — birlikdə analiz edək.

Ən azı 20 dəqiqə saxla. İkinci sual ən güclüsüdür — zal öz real situasiyasını gətirir, sən masanın o biri tərəfindən izah edirsən. Bu, bütün axşamın çərçivəsini bağlayır.
Əlaqədə qalaq

Sual & Cavab

Hədiyyə form QR

🎁 Hədiyyə paketi

Feedback yaz — AI aləti + təlimat e-poçtuna gəlsin

PULSUZ
Mentorluq QR

🎓 Mentorluq + Consulting

Karyera və idarəçilik üçün fərdi iş

Məhdud yer
YouTube QR

▶️ YouTube

@IlkinAlibayli

~7K abunəçi
LinkedIn QR

💼 LinkedIn

in/ilkin7

~9K izləyici

İdarəçilik vəzifə deyil — davranışdır. Bu gündən başlayın. Sualınız olsa — LinkedIn həmişə açıqdır.

Form QR = e-poçt bazası. Mentorluq QR = satış səhifəsi. Sualları cavablarkən bu slayd açıq qalsın.